Avadanlıqlarımız

Beynəlxalq səviyyəli, sertifikatlı avadanlıqlar

Alpmasters komandası hər layihədə yalnız beynəlxalq səviyyəli, sertifikatlı avadanlıqlardan istifadə edir. Dünyaca tanınmış istehsalçıların məhsulları – statik və dinamik iplər, tam bədən kəmərləri, enmə və qalxma cihazları, karabinlər, makaralar və mühafizə vasitələri – hər bir mütəxəssisimizin standart iş dəstini təşkil edir. Bütün avadanlıqlar mütəmadi texniki yoxlamadan keçir və beynəlxalq təhlükəsizlik normalarına tam uyğundur. Aşağıda istifadə etdiyimiz əsas avadanlıq kateqoriyaları ilə tanış ola bilərsiniz.

Bütöv Alpinist Kəməri (Full-body Harness)

Bədənin həm üst, həm də alt hissəsini tutan, asılı vəziyyətdə işləmək və yıxılmadan qorunmaq üçün əsas kəmər.

Yedək Təhlükəsizlik Cihazı (Backup Device/Fall Arrester)

İkinci (təhlükəsizlik) ipində hərəkət edən və qəfil düşmə zamanı ipi dərhal kilidləyən cihaz (məsələn: Petzl ASAP).

Enmə Cihazı (Descender)

İp üzərində təhlükəsiz enişi tənzimləyən cihaz (məsələn: Petzl I'D, Petzl Rig).

Karabinlər (Carabiners)

Polad və ya alüminiumdan hazırlanan, burulub bağlanan (lock/auto-lock) təhlükəsizlik halqaları.

Makara/Şkiv (Pulleys)

Yükləri qaldırmaq, yönləndirmək və təxliyə sistemləri üçün çarxlar.

Self-Insurance Lanyard (Yaran)

Kəməri ankor nöqtəsinə və ya cihazlara bağlayan xüsusi ip/qayış parçası.

Kask (Helmet)

Yüksəklikdə iş üçün xüsusi çənə qayışı olan, zərbəyə dözümlü qoruyucu dəbilqə.

Tension Line (Gərginləşdirilmiş xətt)

Tension line – iki etibarlı anker nöqtəsi arasında gərgin şəkildə qurulan üfüqi təhlükəsizlik və ya iş xəttidir. Sənaye alpinizmində hərəkət etmək, mövqelənmək və düşməyə qarşı qorunmaq üçün istifadə olunur.

Oturacaq (Podium/Workseat)

Uzun müddət asılı vəziyyətdə rahat işləmək üçün kəmərə bərkidilən oturacaq board-u.

Jumar (Ascender)

İp üzəri ilə yuxarı qalxmaq üçün istifadə olunan dişli tutacaq/qarmaq.

Protektor (Rope Protector)

İplərin kəskin kənarlardan sürtülüb kəsilməsinin qarşısını alan qoruyucu örtük.

Drill-powered rope ascender

Elektrikli/akkumulyatorlu matkapla işlədilən mexaniki ip qalxdırıcı qurğudur. Sənaye alpinizmində ip üzərində yuxarı hərəkəti mexanikləşdirmək üçün istifadə olunan sistemlərə aiddir.

Prusik

Alpinizm, qayaya dırmanma, mağaraçılıq və xilasetmə işlərində istifadə olunan, əsas ip üzərində sürtünmə vasitəsilə kilidlənən köməkçi təhlükəsizlik düyünüdür.

Alp Kəpənəyi Düyünü - Alpine Butterfly

Addım 1 - 6 təlimatlar

Səkkiz Düyünü - Figure 8

Kəməri ankor nöqtəsinə və ya cihazlara bağlayan xüsusi ip/qayış parçası.

İkiqat Səkkiz

Kəməri ankor nöqtəsinə və ya cihazlara bağlayan xüsusi ip/qayış parçası.

Slinglərin istifadəsi

Ankraj yaratmaq - konstruksiyanın, şüanın və ya sütunun ətrafına keçirilərək təhlükəsiz birləşmə nöqtəsi yaratmaq.

İp sistemini bərkitmək - iş və sığorta iplərini uyğun ankraj sisteminə birləşdirmək.

İki ankrajı birləşdirmək - yükün bir neçə ankraj nöqtəsinə paylanması üçün istifadə olunan sistemlərdə.

Yönləndirmə (deviation) - ipin konstruksiyaya sürtünməsini azaltmaq və ipin istiqamətini dəyişmək.

Mövqeləndirmə - işçinin konstruksiyaya yaxın vəziyyətdə işləməsinə kömək edən sistemlərdə.

Qaldırma sistemləri - yalnız uyğun sertifikatlı sling və avadanlıqla, istehsalçı limitlərinə uyğun olaraq materialların qaldırılmasında.

Alpinist İpləri (Kernmantle Ropes)

Statik İp: Əsas hərəkət və iş üçün istifadə olunan, az uzanan ip (əsasən 10-11mm).

Dinamik İp: Yıxılma riski olan yerlərdə zərbəni udmaq üçün istifadə olunan esnek ip.